Azərbaycanlı fəhlələr tətilə başladıbackend

Azərbaycanlı fəhlələr tətilə başladı

Bu gün Güney Azərbaycanın “Qostəreş” Dəmir Yolları şirkətinin texniki işçiləri tətil elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qərbi və Şərqi Azərbaycan əyalətlərinin İşçi Şurası məlumat yayıb.

Narazılar bu gün yerli vaxtla səhər saat 09:00-da Təbriz Dəmir Yolu Stansiyasının qarşısına toplaşaraq, rəhbərliyin onlarla görüşməsini tələb ediblər.

Əmək haqlarının gecikdirilməsi, sığorta haqlarının ödənilməməsinə etiraz edən dəmir yolçular problemləri həll olunmayana kimi aksiyanı davam etdirəcəklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*