Azərbaycanlı FIFA referisi UEFA-dan təyinat aldıbackend

Azərbaycanlı FIFA referisi UEFA-dan təyinat aldı

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.

Bu barədə KONKRET.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*