Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdibackend

Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdi

“Səbail”in futbolçusu Turan Manafov Yunanıstanın “Olimpiakos Volos” klubuna keçib.

KONKRET.az Bakı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi sözügedən komandada icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən “Səbail”də çıxış edir. 2-ci liqada mübarizə aparan “Olimpiakos Volos” 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*