Azərbaycanlı gənc Rusiyada faciəli şəkildə öldübackend

Azərbaycanlı gənc Rusiyada faciəli şəkildə öldü

Azərbaycanlı gənc Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 24 yaşlı Rəşad İslamov çayda boğulub.

Yaxınlarının sözlərinə görə, R.İslamov əvvəllər Bakıda aşpaz kimi işləyirmiş. Bir müddət əvvəl isə işləmək üçün Rusiyaya yola düşüb.

O da qeyd olunub ki, hazırda ailə imkansızlıq səbəbindən meyiti Bakıya gətirməyə çətinlik çəkir.

Bundan başqa, mərhumun Vətən müharibəsi iştirakçısı olduğu da bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*