Azərbaycanlı həkim Türkiyədə TUTULDU – Rüşvətə görə – FOTObackend

Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə - FOTO

Türkiyədə dövlət xəstəxanasında çalışan azərbaycanlı cərrah xəstələrdən rüşvət aldığına görə həbs edilib.

Konkret.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı plastik cərrah Elnarə Məmmədova xəstələrdən “bıçaq pulu” almaqda ittiham olunaraq, həbs edilib.

Onun müalicə üçün gələn 8 xəstədən müxtəlif miqdarda rüşvət tələb etdiyi məlum olub.

Məsələ barədə polisə məlumat verən xəstə yaxınlarının şikayəti əsasında 3 aylıq izləmədən sonra cinayət başında yaxalanan Elnarə Məmmədovaya qarşı istintaq başladılıb.

Qeyd edək ki, Türkiyə qanunlarına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özü və ya başqası üçün faydalanmağa çalışan, yaxud buna cəhd edən vəzifəli şəxs beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilir.

 

Modern.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*