Azərbaycanlı hərbçilər Əfqanıstandan mülki və hərbi şəxslərin təxliyəsində mühüm rol oynayıbbackend

Azərbaycanlı hərbçilər Əfqanıstandan mülki və hərbi şəxslərin təxliyəsində mühüm rol oynayıb

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Senator Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladıb.

Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğulayıb və buna görə də ayrıca minnətdarlığını bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*