Azərbaycanlı İsrailə görə həbs edildibackend

Azərbaycanlı İsrailə görə həbs edildi

İran təhlükəsizlik məmurları Ərdəbil şəhərində adı açıqlanmayan şəxsi “İsraillə əlaqə” ittihamı ilə həbs edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ərdəbil Təhlükəsizlik İdarəsi məlumat yayıb.

“Dəqiq kəşfiyyat müşahidələrindən sonra sionist rejimlə əlaqəsi olan şəxs həbs edilib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, saxlanılan şəxs dinini dəyişib, bunu təbliğ edib və sosial media vasitəsilə İsrailin əməllərini dəstəkləyib.

Ona qarşı “islam müqəddəslərini təhqir və alimləri təhdid etmək” ittihamı irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*