Azərbaycanlı kriminal avtoritet Ukraynada qətlə yetirildi – FOTOLARbackend

Azərbaycanlı kriminal avtoritet Ukraynada qətlə yetirildi - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Dumskaya” nəşri yayıb.

Məlumata görə, insident dekabrın 28-i Odessada “Arena” adlı bilyard klubunda baş verib.

İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Qeyd olunur ki, Nazir Əliyev “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da deyilir.

Fotoda: Şöhrəddin Quliyev

 




/qafqazinfo/
  • Vuqar
    Dekabr 29, 2021 - 13:15

    54 yaşım var.bu günə kimi ancaq oxudum ki, özümüz özümüzü gullələyirik.A nə olar ki bir dəfə də digəri öldürsün də bizimkini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*