Azərbaycanlı müğənni İsraildən ÇIXA BİLMİR – VİDEObackend

Azərbaycanlı müğənni İsraildən ÇIXA BİLMİR - VİDEO

Müğənni Samirə Əfəndi Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.

KONKRET.az xəbər verir ki, oktyabrın 6-da İsraildə konsert verən müğənni HƏMAS hərəkatının İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.

“Səhər 6:30-dan həyəcan siqnalı verilib, sığınacaqdayıq, gizlənmək tapşırılıb. Göydə raketlər uçur. Sabah uçmalı idik, buradan çıxış yolu axtarırıq”, – deyə Samirə Əfəndi 15 minlik “İnstagram”  hesabında məlumat verib.

Xatırladaq ki, Samirə Əfəndi Avroviziya-2021-də Azərbaycanı təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*