Azərbaycanlı müğənni İsveçrəyə köçdübackend

Azərbaycanlı müğənni İsveçrəyə köçdü

Aşıq Ulduz Sönməz müğənni qızı Sədaqət Ulduzun Azərbaycandan köçdüyünü açıqlayıb. 

KONKRET.az xəbər verir ki, ifaçı bu haqda “Zaurla Günaydın” verilişində danışıb. O bildirib ki, qızının efirdə görünməməsinə səbəb xaricdə yaşamasıdır:

“Qızım ailə qurdu. Həyat yoldaşı İsveçrədə yaşayır, o da oradadır. Burada da evləri var, amma kürəkənim iş adamıdır. İşi də oradadır. Bir dəfə gedib qızımı görmüşəm. Yenə getməyi düşünürəm. İndi Hollandiyaya gəzməyə gediblər, qayıdacaqlar İsveçrəyə”.

Qeyd edək ki, 2019-cu ildə ailə quran Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*