Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTObackend

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir - FOTO

Qazaxıstanın azərbaycanəsilli musiqiçisi Jah Khalib (Bəxtiyar Məmmədov) yaxın günlərdə keçirəcəyi konsertlərini təxirə salıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə “Instagram” hesabında özü məlumat yayıb.

Buna səbəb isə onun qızının səhhətindəki ciddi problemlərdir.

“Əfsuslar olsun ki, bu turu ləğv etməli və ya (əgər gözləməyə hazırsınızsa) təxirə salmalı olacağam. Səbəb isə yenidoğulan qızımın əməliyyatdan sonra kritik vəziyyətdə olmasıdır. Gücümü toplamağa çalışsam da, səhnəyə çıxmağa hazır deyiləm. Bu çətin dönəmdə həyat yoldaşının yanında olmalıyam və pərəstişkarlardan anlayış göstərmələrini xahiş edirəm. Ümid edirəm ki, anlayışla qarşılayarsınız. Xahiş edirəm, kim necə bacarırsa, dua etsin ki, övladlarımız sağ-salamat olsunlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*