Azərbaycanlı qız başqa oğlanla tutuldu – Restoranda qan düşdü +ANBAAN VİDEObackend

Azərbaycanlı qız başqa oğlanla tutuldu - Restoranda qan düşdü +ANBAAN VİDEO

Azərbaycanlı qız iki oğlanın qanlı dava  törətməsinə səbəb olub.

KONKRET.az xəbər verir  ki, Azərbaycan vətəndaşı olan Gülsura A Türkiyədə restoranda oğlanla  nahar  edən  zaman qanlı davaya düşüb. Türkiyə  mətbuatının yaydığı  məlumata  görə,Əsənyurtda  müvəqqəti yaşayan  Gülsura orada türk oğlanla tanış  olub. Bir müddət münasibətləri  olduqdan  sonra  o  oğlandan ayrılıb  və  başqa  bir  türk  oğlanla  münasibət  yaradıb.

Hadisə  də  bunun üstündə  baş  verib. Qızın əvvəlki sevgilisi  Sərdar A. restorana gələn zaman  keçmiş sevgilisinin  başqa  oğlanla əyləndiyini  görərək əsəbiləşib. O, masaya  yaxınlaşaraq  onlara  söz atıb. Daha  sonra  mübahisə əlbəyaxa  davaya  çevrilib. Bu zaman  Azərbaycanlı qızın  yeni sevgilisi Caner K. tapança ilə Sərdarı ağır yaralayıb. Daha sonra  küçəyə çıxaraq havaya  atış  açıb.

Hadisə  yerinə  gələn polis əməkdaşları Azərbaycan vətəndaşı olan Gülsurəni və sevgilisini həbs  edib. Hadisə ilə bağlı araşdırma aparılır.

KONKRET.az hadisənin  baş  verdiyi  anın videosunu  təqdim  edir:

Oxu24.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*