Azərbaycanlı tərcüməçi mətbuat konfransından qovuldu – Səbəbi isə…backend

Azərbaycanlı tərcüməçi mətbuat konfransından qovuldu - Səbəbi isə...

Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin Azərbaycan millisi ilə oyun öncəsi keçirilmiş mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

KONKRET.AZ xəbər verir ki, niderlandlı UEFA nümayəndəsi Mark Bos azərbaycanlı xanım tərcüməçini tədbirdən kənarlaşdırılıb. Buna səbəb Uelsin mətbuat xidməti rəhbərinin xahişi olub.

Xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqların narazılığına səbəb olub. Tərcüməçinin Uelsin ulduz futbolçusu Beyli tanımaması qonaq federasiya rəsmisini özündən çıxarıb.

Bundan sonra AFFA öz tərcüməçisini mətbuat konfransına göndərməli olub.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*