Azərbaycanlı vəkil Yefremovla necə tanış olduğunu danışdı: “Bir qızın iki sevgilisi var idi”backend

Azərbaycanlı vəkil Yefremovla necə tanış olduğunu danışdı: “Bir qızın iki sevgilisi var idi”

Mixail Efremovun azərbaycanlı vəkili Elman Paşayev “Sobesednik”ə verdiyi müsahibəsində müvəkkili ilə necə tanış olduğunu izah edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Onun sözlərinə görə, Yefremovun yaxın dostu onu aktyorla bir araya gətirib.

“Bir qızın iki sevgilisi var idi. Sevgililərindən biri mənim yaxın dostumdur, digər sevgili də çox məşhur aktyor olan Yefremovun dostudur” deyib.

Bir müddət sonra qadın sevgililərindən birindən qurtulmaq istəyib və onu məhkəməyə verib. Paşayev qeyd edib ki, həmin anda Yefremovun dostu haqda onda kompromat videolar olub, amma əxlaqi prinsiplərə görə onları yayımlamayıb.

“Yefremovun yaxın dostu da çox məşhur aktyordur. Mən onu məşuqəsinin qarşısında dəhşətli dərəcədə rüsvay etdim. Axmaq, bunun mənim işim olduğunu anlamır” deyib vəkil.

Keçən həftə Moskvanın Presnenski Məhkəməsi Yefremovu ölümlə nəticələnən yol qəzasında təqsirli bilib və 8 il ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*