Azərbaycanlıların işlədiyi topdansatış bazasında güclü yanğın olub – VİDEObackend

Azərbaycanlıların işlədiyi topdansatış bazasında güclü yanğın olub - VİDEO

Rusiyanın Krasnoyarsk şəhərində ən çox azərbaycanlıların və taciklərin işlədiyi topdansatış bazasında güclü yanğın baş verib. Konkret.az-ın Krasnoyarskdakı müxbirinin verdiyi məlumata görə, “Enisey” adlandırılan bazada iki anqar tamamilə yanaraq külə dönüb. Burada azərbaycanlı iş adamlarına ciddi ziyan dəyib. İnsan tələfatı olmasa da, iş adamlarına dəyən ziyan milyon rubllarla ölçülür. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının miqyasının qarşısı ala biliblər.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*