Azərbaycanlıların sevimli içkisi xərçəngə səbəb olurbackend

Azərbaycanlıların sevimli içkisi xərçəngə səbəb olur

Azərbaycanda bir çox insan səhər yuxudan oyanan kimi ilk işi çay içmək olur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, əvvəlki günün dəmli çayını təkrar qızdırıb içmək sağlamlıq üçün təhlükəli ola bilər.

KONKRET.az milli.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını, həm də qida dəyərini itirir. Çay uzun müddət otaq temperaturunda və ya ocağın üstündə qaldıqda tərkibindəki faydalı maddələr oksidləşir, bu isə dadın dəyişməsi ilə yanaşı, zərərli birləşmələrin yaranmasına gətirib çıxarır.

Ən təhlükəlisi isə çayda nitrit adlı toksik maddələrin formalaşmasıdır. Bu maddələr orqanizmdə mədə problemləri, immunitetin zəifləməsi və hətta bəzi xroniki xəstəliklərə səbəb ola bilər. Yay aylarında isə açıqda qalan çay bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Mütəxəssislər bildirir ki, çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhətdir. Gecədən qalan çayı içmək əvəzinə hər dəfə təzə dəm hazırlamaq daha faydalıdır.

Qənaət məqsədilə edilən bu vərdiş uzun müddətdə sağlamlığa ciddi ziyan verə bilər. Həkimlər təzə dəm çayın həm daha faydalı, həm də dad baxımından üstün olduğunu bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*