“Azercell”in “TARİF SİYASƏTİ” ilə bağlı SƏRT SÖZLƏR: Şirkət buna görə müştərilərin “cibinə girir”backend

"Azercell"in "TARİF SİYASƏTİ" ilə bağlı SƏRT SÖZLƏR: Şirkət buna görə müştərilərin "cibinə girir"

“Azərbaycanda mobil rabitə bazarının aparıcı operatorlarından olan “Azercell” 25 fevral 2025-ci ildən etibarən bütün tarif paketlərində aylıq abunə haqqı tətbiq etməyə başlayıb. Bu qərar istifadəçilər arasında ciddi narazılığa səbəb olub. Şirkət hər bir abunəçidən aylıq minimum 2 manat ödəniş tələb edir və qarşılığında 250 MB internet verir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında mobil rabitə üzrə ekspert İlkin Məmmədkərimov bildirib.

Azercell” abunəçilərinin 90 faizi ondan imtina etməyə hazırdır – Mütəxəssis | Tribunainfo.Az

“Bu addım mobil operatorların tədricən əvvəlki “quru tarif” sistemini tamamilə ləğv etmək və yalnız paket sisteminə keçmək niyyətindən xəbər verir. Yeni qaydalar çərçivəsində daha ucuz qoşulma imkanı təklif edən 2 manatlıq paketlərin 1 iyuldan etibarən ləğv olunacağı, istifadəçilərin isə minimum aylıq 10 manatlıq tariflərə keçməyə məcbur qalacağı gözlənilir.

Sosial şəbəkələrdə və ictimaiyyət arasında yayılan narazılıqlara baxmayaraq, mobil operatorun bu qərarından geri çəkilməməsi əhalinin maddi vəziyyətini nəzərə almadığını göstərir və bu səbəbdən də tənqid edilir. Aylıq orta əməkhaqqının 400-450 manat civarında olduğu nəzərə alınsa, vətəndaşlar üçün bu cür ödənişlər xeyli yük yaradır”.

Ekspert hesab edir ki, hazırda mobil rabitə bazarında real rəqabət yoxdur və sözügedən sahədə inhisarçılıq meylləri hökm sürür.

“Rəqabət mühitinin olmaması absurd qaydaların tətbiqinə və vətəndaşların haqsız ödənişlərə məruz qalmasına yol açır.

Azercell 2023-cü ildən dövlət şirkətinə çevrilib. O zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan etmişdi ki, şirkət mənfəətlə fəaliyyət göstərdikdən sonra yenidən özəlləşdirilməyə çıxarılacaq. Lakin son iki ilin, 2023 və 2024-cü illərin maliyyə hesabatları ictimaiyyətə təqdim edilməyib. Həmçinin 1996-cı ildən 2022-ci ilə qədər olan maliyyə məlumatları da Azercell-in rəsmi saytından silinib”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*