Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan BP şirkəti bəzi partiyalarda xlororqanik maddələrin aşkarlanması ilə bağlı Azeri BTC markalı neftin keyfiyyəti ilə əlaqədar yaranmış problem barədə məlumatlandırılıb.
KONKRET.az xəbər verir ki, şirkət hazırda yalnız yoxlanılmış rezervuarlardan neftin Ceyhan limanına göndərilməsini və BTC kəməri vasitəsilə ixracın davam etdiyini açıqlayıb. BP hazırda boru kəməri boyunca yerləşən bütün obyektlərdə neftin keyfiyyətini qiymətləndirir.
Reuters agentliyinə danışan SOCAR-dakı iki mənbə isə bildiriblər ki, Azeri BTC markalı neft partiyalarında əvvəllər qeydə alınan xlororqanika problemi artıq aradan qaldırılıb və Türkiyənin Ceyhan limanından neftin yüklənməsi davam edir.
Natiq Səlim,
KONKRET.az