“Azəriqaz”ın sabiq mətbuat katibinə yeni VƏZİFƏ VERİLDİbackend

“Azəriqaz”ın sabiq mətbuat katibinə yeni VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərova yeni vəzifə verilib.

KONKRET.az xəbər verir ki, bu barədə “report”a o, özü məlumat verib.

C.Səfərovun sözlərinə görə, bundan sonra o, “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacaq.

Xatırladaq ki, C.Səfəriov “Azəriqaz”dan əvvəl uzun illər ATV kanalında fəaliyyət göstərib.

“Azvirt” 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın “Virtgen İnternational Gmbh” şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın “Martin Beteiligungs GmbH & Co KG” və “Walz GmbH & Co KG” şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan “Azvirt” zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*