Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib.
KONKRET.az Azər Məmmədovla bağlı açıq mənbələrdən əldə etdiyi məlumatları təqdim edir.
Azər Məmmədov Azərbaycanda və İspaniyada (MBA) təhsil alıb.
O, daha əvvəl “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013), “SOCAR Georgia Gas”şirkətinin direktoru (2014-2023) vəzifələrində çalışıb.
A. Məmmədov 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb. Həmin vaxt vəzifəsindən azad edilərək “Azəriqaz”a direktor müavini gətirilib.
Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən “Azəriqaz”a rəhbərlik edirdi. O, 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Daha əvvəl “Azəriqaz”da müxtəlif vəzifələrdə çalışıb.Modern.az
Salam. Azəriqaz istehsalat birliyinin baş direktoru. Hörmətli Azər Məmmədova ərizə.
Bu məktub vasitəsi ilə yazıb sizə bildirirəm ki, mən Şahbazov Xalid Salman oğlu 2019 cu ildən Dost mərkəzi tərəfindən Azəriqaz istehsalat birliyinin Biləsuvar rayonunda nəzarətçi çilingər kimi fəaliyyət göstərirdim. Məni 06.08.2025 ci ildə işdən azad etdilər. Hörmətli Azər müəllim mənim 60 yaşım var ailəm 4 nəfərdən ibarətdir. Ailədə təkcə işləyən mən idim. İndi bu yaşda məni heç bir təşkilat və ya heç bir şirkət yaşla əlaqədar işə götürmür deyirlər ki, yaşın keçib. Bundan sonra mən ailəmi necə dolandıracağımı bilmirəm. Sizdən bir Azərbaycanlı oğlu kimi bir Allah bəndəsi kimi xahiş edirəm məni işlədiyim işlə təmin edilməsində mənə köməklik göstərəsiniz. Sizi narahat etdiyim üçün üzr istəyirəm.
Telefon nömrəm:070.573.46.75