“Azəriqaz” müəmması: Ruslan Əliyevlə bağlı nə baş verir?backend

Azəriqazmüəmması: Ruslan Əliyevlə bağlı nə baş verir?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevin vəzifədən azad edildiyi haqda yayılan məlumat 4 gündür ki, təsdiq və ya təkzib edilmir.

KONKRET.az xəbər verir ki, Ruslan Əliyevi artıq müavinlərindən birinin əvəz etdiyi barədə məlumat da yayılıb.

Buna baxmayaraq, “Azəriqaz” İB və SOCAR yayılan informasiyanı şərh etməyib.

“Azəriqaz” İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə bu məlumatların hələlik təsdiqini tapmadığını, onda hazırda bununla bağlı hər hansı rəsmi informasiyanın olmadığını bir daha təkrarlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*