“Azərsilah”ın Müşahidə Şurasına sədr təyin edildibackend

“Azərsilah”ın Müşahidə Şurasına sədr təyin edildi

Martın 18-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, toplantıda Müşahidə Şurasının sədri Aqil Qurbanov, Şuranın üzvləri Hidayət Əzimov və Anar Məmmədov iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Fərmanından irəli gələn tapşırıqların icra statusu və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin 2024-cü il üçün fəaliyyət istiqamətləri üzrə planları dinlənilərək müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Aqil Qurbanov 27.02.2023-cü il tarixdən Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

13.07.2023-cü il tarixdən Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini – Baş direktor vəzifəsinə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*