“Aztelekom” “ucuzlaşıb” deyir, ekspert isə… – İnternetin yeni tarifləri ilə bağlı SADƏ İZAHbackend

“Aztelekom” "ucuzlaşıb" deyir, ekspert isə... - İnternetin yeni tarifləri ilə bağlı SADƏ İZAH

“Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti də dəyişəcək”.

Bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının  (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, bu kimi vacib məlumatları provayderlər yalnız öz sayt və qəzetlərində yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdır:

“Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu etməyiblər. Hazırda ölkədə bütün provayderlər ADSL-dən GPON və digər genişzolaqlı internet infrastrukturuna keçirlər ki, bu da ciddi investisiya tələb edir. Ən ucqar bölgələrdə belə bu infrastrukturun qurulması böyük xərclərə səbəb olur. Əhalinin yüksək sürətli internetə tələbi də artır. Bu səbəbdən provayderlərin qiymət artımına getməsi normaldır”.

Sədr provayderlərin abunəçilərin maarifləndirilməsinə təşəbbüs göstərmədiyini söyləyib:

“”Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulması 92%-ə çatsa da, ADSL istifadəçiləri hələ də çoxluq təşkil edir. Bu keçid mərhələsində düzgün maarifləndirmə vacibdir. Təəssüf ki, insanlar yüksəksürətli internet tələb etsələr də, adətən minimal paketləri seçirlər. Provayderlərin abunəçilərə, sadəcə, sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumat verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda daha aydın olur. Təəssüflər olsun ki tələb ilə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir. Maarifləndirmə iki istiqamətdə aparılmalıdır. İlk olaraq abunəçilər Mbit başına qiymət prinsipinə diqqət yetirməlidirlər. Məsələn, 40 Mbit/s sürət təklif edən internet paketi ayda 18 manatadırsa, Mbit dəyəri 0.45 manat/Mbit olur. Mbit dəyəri sabit qalmaqla sürət və qiymət artımına gedilirsə, istifadəçi daha çox sürəti daha ucuz qiymətə alır. Provayderlərın məlumatlarına əsaslansaq, PPMbit dəyərinin 2 dəfə azaldığını görürük. Bu da abunəçilərin hər Mbit/s üçün daha az ödəyəcəklərini göstərir”.

KONKRET.az-ın mövzu ilə bağlı suallarını cavablayan Elvin Abbasov bildirib ki, internetin qiyməti totalda qalxır, amma Mbit başına hesabla aşağı düşür:

“Azərbaycanda internetin Mbit başına olan qiyməti heç vaxt qalxmır. Sadəcə qiymət qalxımını ona görə vurğulayırıq ki, ümumilikdə, yəni totalda qiymət qalxır. Məsələn, siz 18 manata 40 Mbit internet alırdınız. İndi 18 manatlıq paketlər ləğv olunur, ən aşağı paketlər isə 25 manata təklif olunur. 18 manata 40 Mbit internet alanda Mbit başına 0,45 AZN düşürdü. İndi isə 25 manata 100 Mbit internet alanda Mbit başına 0,25 AZN düşür. Bu o deməkdir ki, əslində internet sürətinin qiyməti aşağı düşür, sadəcə vətəndaşlara seçim haqqı olaraq ən aşağı 25 manatlıq paketlər formalaşır”.

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-dən isə saytımıza bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına öz töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir:

Aztelekom” və “Bakı Telefon Rabitəsi”nə iş qaldırıldı - QİYMƏTLƏR İLƏ MANİPULYASİYA - FED.az

“Aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır. Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır. Şirkətimiz davamlı olaraq bazar konyukturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində dəyərləndirir.

Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətin rəsmi veb-saytında dərc edilib. Abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.

Tariflərlə bağlı daha ətraflı məlumatı “Aztelekom” üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, “Baktelecom” üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə klikləməklə əldə edə bilərsiniz”.

Aygün Mirakif

KONKRET.az

  • Mehman
    İyul 18, 2024 - 22:47

    Məncə internet haqqı sayğacla olmalıdır…Yəni ödəniş sayğacla olmalıdır. Əka halda vətandaş aldadılır…..

    • VÜQAR
      İyul 20, 2024 - 00:12

      Bular görəsən hansı ağlın sahibidirlər..345 manat əmək haqqı,360 manat verilən ölkədə internetin qiymətinin 25,30,35 manat qaldırılması nə dərəcədə düzgündür.

  • Məmmədağa
    İyul 20, 2024 - 00:53

    Dünyanın Ən Bahalı Komul Xərcləri Sonra Danışıq və İnternet Şəbəkələri Yalnız Azərbaycanda dır Hələm Harasıdı

  • Yaşar Quliyev
    İyul 20, 2024 - 22:57

    Salam.Kənd yerlərində pik saatlarında Azəronlinenin verdiyi 40 mb/s internet ən yaxşı halda 4 mb/s olur.100mb/s də yəqin ki,10 mb/s olar.Qiymət qalxsada keyfiyyət qalxmır.

  • Erol
    İyul 21, 2024 - 11:09

    Qiymet zad yox vapsem pulsuz olsa yaxsidi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*