Azyaşlıları cəlb edib it döyüşdürdülər, polis hərəkətə keçdibackend

Azyaşlıları cəlb edib it döyüşdürdülər, polis hərəkətə keçdi

Sosial şəbəkənin Azərbaycan seqmentində bir qrup şəxsin itlərlə vəhşicəsinə rəftarının görüntüləri yayılıb.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə heyvan haqları aktivisti Nizami Ramazanov paylaşım edib.

Paylaşılan videolardan məlum olur ki, aralarında güc balansı olmayan itlər digərinə xəsarət yetirir, hadisəyə şahidlik edən şəxslər isə bunu coşqu ilə qarşılayırlar. Rəhmsiz rəftarı izləyənlər arasında azyaşlı uşaqların olması isə diqqətçəkən məqamlardan biridir.

N.Ramazanovun sözlərinə görə, sözügedən videoları Fərid Həmid adlı şəxs özünün “Telegram” kanalında paylaşır: “Bu şəxsin it döyüşü ilə bağlı paylaşdığı ikinci videosudur. Bunlar it döyüşlərinə azyaşlı uşağı da gətirirlər. Həm uşağın tərbiyəsini pozurlar, həm də həyatı üçün təhlükə yaradırlar. Bu videonun harada çəkildiyi məlum deyil. İt döyüşünün Zaqatala rayonu ilə heç bir əlaqəsi yoxdur”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır.

Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*