Baba və 2 yaşlı nəvəsi yanaraq öldü – Masallıda dəhşətli hadisəbackend

Baba və 2 yaşlı nəvəsi yanaraq öldü - Masallıda dəhşətli hadisə

Masallı rayonunda evdə baş verən yanğın nəticəsində baba və nəvəsi ölüb.

KONKRET.az-ın xəbərinə görə, hadisə Qızılağac kəndində qeydə alınıb.

Təxminən 200 kvadratmetrlik evdə başlayan yanğın qısa müddətdə genişlənib və nəticədə 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlu ölüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub, yanğın sonradan söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı hər iki şəxsin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerinə gələrək vəziyyətlə tanış olublar.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*