Babək rayonunun kəndlərində elektrik enerjisinin verilişində sabah qısamüddət fasilə olacaq.
KONKRET.az xəbər verir ki, iyunun 13-də 35/10 kV-luq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq “Kərimbəyli” hava elektrik verilişi xətti cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Bununla əlaqədar Kərimbəyli, Hacıvar, Badaşqan və Yarımca kəndlərində elektrik enerjisinin verilişində iyunun 13-də saat 10:00-dan 12:00-dək müvəqqəti fasilə yaranacaq.