Baboşun həbsinə səbəb bu mübahisə oldu – VİDEObackend

Baboşun həbsinə səbəb bu mübahisə oldu - VİDEO

Bir neçə gün öncə “TikTok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarovu polis əməkdaşları saxlayıb.

KONKRET.az xəbər verir ki, onun saxlanılmasına canlı yayım zamanı Qarabağ qazisini sərt tənqid və təhqir etməsi səbəb olub.

Hadisə Xırdalan şəhərində baş verib. Marketlərdən birinin önündə canlı yayım açan tiktokerə ətrafdakı şəxslərdən bəzisi etiraz edib. Onlardan biri də qazi olub. Canlı yayımda onları təhqir edən “Baboş” daha sonra qaziləri Nərimanov ərazisində yerləşən “Çingiz xan” restoranına dəvət edib.

Elə restoran ətrafında onlar arasında mübahisə yaranıb. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Səs-küy salaraq ictimai asayişi pozan bloger saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*