Tovuzda yanğın hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazində qeydə alınıb.
Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb.
İlkin məlumata görə, ev mübahisə zamanı ailə üzvlərindən biri tərəfindən yandırılıb.
Mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Ölən və xəsarət alan şəxslər qadın olub.
İki nəfərin arasında mübahisə düşüb və balta ilə xəsarət yetirilib.
Hadisə yerinə polis əməkdaşları və FHN-in yanğınsöndürən avtomobilləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.
Məlumata görə, polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.
Xəstəxanaya yerləşdirilən S.Həsənova orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
06.06.2025-ci il tarixində saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.
Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Vəziyyəti ağır olan 1 nəfərin isə (qadın cinsli) xəstəxanaya daxil olan kimi ölüm faktı qeydə alınıb.