Bağça müdiri olmaq üçün sənəd qəbulu başladıbackend

Bağça müdiri olmaq üçün sənəd qəbulu başladı

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.

KONKRET.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 14-21 dekabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 14 dekabr saat 11:00-dan 21 dekabr saat 11:00-dək //miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*