Bağçalarda çalışanın neçə faizi ali təhsillidir?backend

Bağçalarda çalışanın neçə faizi ali təhsillidir?

Azərbaycanda fəaliyyət göstərən 1844 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 2023-ci ilin əvvəlinə uşaqların sayı 118 min 71 nəfər olub. 2006-cı ildə isə 1764 məktəbəqədər təhsil müəssisəsinə 111 min 17 uşaq cəlb olunub.

KONKRET.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” adlı rəsmi statistik məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində 17 min 286 pedaqoji işçi çalışır. Onların 35,9 faizi ali təhsillidir (95,5 faizi pedaqoji, o cümlədən 79,0 faizi məktəbəqədər). 2006-cı ildə isə bu rəqəm müvafiq olaraq 23,1, 91,6 və 67,6 faiz təşkil edib. Qeyd edək ki, 2006-ci ildə məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoji işçiləri sayı 14 min 557 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*