Bağdadda ABŞ səfirliyi yaxınlığına raket düşdübackend

Bağdadda ABŞ səfirliyi yaxınlığına raket düşdü

Bağdadın yaşıl zonasına, ABŞ səfirliyinin yaxınlığına ən azı iki mərmi düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı martın 26-da “Əl Ərəbistan” telekanalı yayıb.

İraq paytaxtının mərkəzində narahatlıq 25 mart çərşənbə axşamı artıb. Düşən mərmidən sonra partlayış səsləri eşidilib.

Kanalın bildirdiyinə görə, raket sistemlərindən atılan iki raket Amerika səfirliyinin yanına düşüb.

Xəsarət alanlar barədə məlumat verilmir.

ABŞ-ın Bağdaddakı səfirliyi beton divarla əhatə olunub.

Xatırladaq ki, Bağdadın “yaşıl bölgəsi” İraq paytaxtının mərkəzində möhkəmlənmiş bir bölgə hesab edilir və müntəzəm olaraq raket hücumlarına məruz qalır.

Bundan əvvəl, martın 2-nə keçən gecə də zonaya iki raketin düşdüyü bildirilmişdi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*