“Rusiya və Çinə zərbələr endirəcəyi haqda bəyanatlardan sonra Tramp ABŞ prezident seçkilərində qalib gəlməməlidir”.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter “X” səhifəsində yazıb.
“Əgər seçki kampaniyası vədlərinə Rusiya və ya Çini bombalamaq bəyanatların daxildirsə, sən ABŞ prezidenti ola bilməzsən. Bağışla, Donald”, – deyə keçmiş kəşfiyyatçı əlavə edib.
Xatırladaq ki, “The Washington Post” mənbələrə istinadən xəbər yaymışdı ki, gizli keçirilən görüşlər zamanı Tramp ətrafına onun prezidentliyi dövründə Rusiya və Çin müvafiq olaraq Ukrayna və Tayvana qoşun yeritsəydi, “Moskvanı və Pekini bombalayardım” sözlərini deyib.
Xatirə SADİQ,
KONKRET.az