Bakalavr təhsili 4 ildən 3 ilə ENDİRİLİR? – MÜHÜM AÇIQLAMAbackend

Bakalavr təhsili 4 ildən 3 ilə ENDİRİLİR? – MÜHÜM AÇIQLAMA

Ali təhsil sistemində aparılan islahatlar çərçivəsində bakalavr təhsilinin müddətinin 4 ildən 3 ilə endirilməsi məsələsi gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, mümkün dəyişikliklərlə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi bu yanaşmanın bəzi ixtisaslar üzrə tətbiq oluna biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə təhsil müddətinin azaldılması mümkündür:

“Bəzi ixtisas istiqamətləri üzrə, xüsusilə laboratoriya şəraiti bir o qədər də tələb olunmayan sahələrdə bakalavr təhsilinin müddəti 4 ildən 3 ilə endirilə bilər. Hazırda ali təhsil müəssisələrində bakalavr pilləsində tədris olunan bəzi fənlərin ixtisasla birbaşa əlaqəsi yoxdur. Bu qeyri-ixtisas fənlərinin azaldılması və ya proqramdan çıxarılması təhsil müddətinin qısaldılmasına şərait yarada bilər.”

Ekspert qeyd edib ki, xüsusilə informasiya texnologiyaları, kompüter mühəndisliyi və bu istiqamətdəki digər ixtisaslar üzrə kadr hazırlığı daha çevik şəkildə təşkil olunmalıdır:

“Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması üçün belə bir qərarın verilməsi müsbət addımdır. Əgər hər 3 ildən bir müvafiq istiqamət üzrə kadr hazırlığı həyata keçirilərsə, bu həm ali təhsil sisteminə, həm də iqtisadi inkişaf proseslərinə müsbət təsir göstərə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*