Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan 2004-cü il təvəllüdlü taksi sürücü Nadim Quliyev (ad-soyad şərtidir) inzibati qaydada həbs olunub.
KONKRET.az-ın xəbərinə görə, onun barəsində DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin baş inspektoru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilib.
Protokolda qeyd olunub ki, “Opel” markalı avtomobilin 21 yaşlı sürücüsü taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşaları tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tutduğu əməldən çəkinməyib.
O, polis idarəsinə dəvət olunan zaman idarə etdiyi avtomobillə ərazini tərk etməklə polsin qanuni tələbinə qəsdən tabe olmayıb.
Məhkəmənin qərarına əsasən, Nadim Quliyev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Ağagül Mürsəlov
KONKRET.az
