Bakı-Ağdam qatarına bilet bahalaşıb?backend

Bakı-Ağdam qatarına bilet bahalaşıb?

Bakı-Ağdam-Bakı sərnişin qatarına bilet qiymətinin minimum 12 manat 80 qəpik olduğu açıqlansa da, hazırda 14 manatdan ucuz bilet tapmaq olmur. Bununla bağlı iddialar sosial şəbəkələrdə paylaşılıb. Hətta bunu göstərən fotolar da var. Bəs buna səbəb nədir?

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyevin sözlərinə görə, ötən ilin noyabr ayından tətbiq edilən qiymət siyasətinə əsasən bilet öncədən alındıqda endirimlər olur.

Onun sözlərinə görə, yeni satış qiyməti sentyabrın 6-da sistemdə görünəcək.

Qeyd edək ki, Bakı-Ağdam qatarı 32 ildən sonra avqustun 30-da reysə çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*