Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdibackend

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Əliyev Samir İmamverdi oğlu 1976-cı İldə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.

2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*