Bakı bulvarı ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Bakı bulvarı ilə bağlı MÜHÜM AÇIQLAMA

Dövri iqtisadiyyatın təmin edilməsi istiqamətində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib.

KONKRET.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

O qeyd edib ki, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına və istifadəsinə başlanılıb.

Nazir vurğulayıb ki, eyni zamanda, tullantı sularının səmərəli idarə olunması, yağış, drenaj sularının toplanması şəbəkəsinin qurulması, təmizlənmiş tullantı sularının təkrar istifadəyə yönəldilməsi, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilməsi prioritet olmalıdır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*