Bakı-Ələt yolunda böyük təhlükə – VİDEObackend

Bakı-Ələt yolunda böyük təhlükə - VİDEO

Bakı-Ələt yolunun üstündə yerləşən körpü təhlükəli vəziyyətdədir.

KONKRET.az ATV-yə istinadən xəbər verir ki, körpünün ətrafında bəzi yerlərdə arakəsmələr yoxdur.

Vəziyyət yoldan mütəmadi istifadə edən sürücüləri narahat edir.

Onlar ərazidə hər an qəza şəraiti yarana biləcəyini vurğulayırlar. Eyni zamanda yolda tez-tez qəza baş verdiyini qeyd edirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələdən xəbərdar olduqlarını, əraziyə baxış keçiriləcəyini və problemin aradan qaldırılması istiqamətində qısa müddətdə addımlar atılacağını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*