Bakı–İstanbul reysi təxirə salındıbackend

Bakı–İstanbul reysi təxirə salındı

6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı-İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.

KONKRET.az  xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

“Təhlükəsizlik məqsədilə sərnişinlər təyyarədən endirilərək gözləmək üçün terminala yönləndirilib. Hazırda onların aviaşirkət tərəfindən otellərə yerləşdirilməsi və digər zəruri prosedurlar həyata keçirilir.

Sözügedən reysin 7 avqust 2025-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə yalnız aviaşirkətin rəsmi nümayəndəliyinə və əlaqə kanallarına müraciət etməyi tövsiyə edir. Uçuşun yeni vaxtı, aviabiletlərlə bağlı dəyişikliklər və digər məsələlərlə bağlı məlumatlar birbaşa aviaşirkət tərəfindən təqdim olunur”, – hava limanından bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*