Bakı MDB iclasından niyə imtina etdi? – Prezidentin köməkçisi açıqladıbackend

Bakı MDB iclasından niyə imtina etdi? - Prezidentin köməkçisi açıqladı

Azərbaycan nümayəndə heyətinin Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclasında iştirak etməməsi Rusiya ilə bağlı baş verən hadisələrlə əlaqələndirilmir.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev qeyd edib ki, tədbir MDB ölkələrinin iştirakı ilə keçirilib:

“Azərbaycan tərəfi Aktau hadisəsi və digər məsələləri bununla bağlamır. Azərbaycan nümayəndə heyətinin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər. İclasda iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*