“Bakı Metropoliteni”ndə rəislər işdən çıxarıldı – 4 ay əvvəl təyin edilmişdilərbackend

"Bakı Metropoliteni"ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər

“Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib. 

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin Maliyyə departamentinin Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb.

Onlar naməlum səbəblərdən “Bakı Metropoliteni” QSC-nin sədri  Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ili mart ayında sözügedən vəzifəyə təyin olunmuşdular.

Məsələ ilə bağlı “Bakı Metropoliteni”QSC-yə sorğu ünvanlasaq da xəbər nə təsdiq, nə dəki inkar edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*