Bakı Metropoliteni saxta TikTok hesabı ilə bağlı açıqlama yaydıbackend

Bakı Metropoliteni saxta TikTok hesabı ilə bağlı açıqlama yaydı

Son günlər “TikTok” sosial şəbəkəsində “Bakı Metropoliteni” QSC-nin adı ilə fəaliyyət göstərən səhifə cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Sözügedən səhifə metroda qiymət artımı və digər önəmli mövzular barədə paylaşımlar edərək ictimaiyyətdə çaşqınlıq yaradır, səhifəni idarə edən şəxs isə profili “rəsmi hesab” kimi təqdim edir.

KONKRET.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın “Bakı Metropoliteni” QSC-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, həmin səhifə saxtadır:

“Bu səhifənin “Bakı Metropoliteni” QSC-yə heç bir aidiyyəti yoxdur. Vətəndaşlar ancaq “Facebook”, “Instagram”, “Linkedin” və “X” platformalarındakı rəsmi səhifələrimizi izləyərək məlumat ala bilərlər.

Sözügedən səhifənin bağlanması istiqamətində işlər görürük”, – açıqlamada deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*