Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
KONKRET.az xəbər verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.
Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.
***
Bakı Metropoliteninin “Dərnəgül – Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatar 15 dəqiqədən çoxdur, “Ulduz” – “Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”a sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.