Bakı-Pirşağı dəmir yolu istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.
Bu barədə KONKRET.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumata əsasən, bu gün Bakı-Pirşağı istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21.00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.
21:39
Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.
KONKRET.az xəbər verir ki, hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı Report-a təsdiq edib.
Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb:
“Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.
19:59
Bakı – Pirşağı – Sumqayıt relsi ilə hərəkət edən sərnişin qatarında problem yaranıb.
KONKRET.az-a bu barədə sərnişinlər məlumat verib. 18:53-də Bakıdan hərəkətə başlayan qatarın 45 dəqiqədir 2-ci Zabrat dayanacağında yolda qaldığı bildirilir.
Məlumata görə, artıq həmin stansiyada ard-arda bir neçə qatar hərəkətini dayandırıb və sərnişinlər yolda qalıb.
Bununla belə qatar işçiləri sərnişinlərə gərginlik olmaması barədə məlumat verib.
KONKRET.az