Bakı-Quba yolunda qəza: “Nissan” aşdıbackend

Bakı-Quba yolunda qəza: "Nissan" aşdı

Bu gün saat 06:03-də Bakı-Quba yolunun 26.5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. 99 KT 839 dövlət nömrə nişanlı “Nissan” markalı minik avtomobilinin sürücüsü Orxan Mehman oğlu Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev deyib.

Onun sözlərinə görə, sürücü avtomobildə tək olub:

“Sürücü yuxulu olmadığını və idarəetməni itirdiyini bildirib. Hadisə nəticəsində xəsarət alan yoxdur, yol-nəqliyyat hadisəsi maddi ziyanla nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*