Bakı və bizi dəvət ediblər, üzv ola bilərik – Mirzoyanbackend

Bakı və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

İrəvan və Bakı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük üçün ərizələr təqdim edib və bu təşkilata üzv olmalıdırlar.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, həm İrəvan, həm də Bakı artıq rəsmi müraciətlərini təqdim ediblər:

“Biz müraciətimizi təqdim etdik, Azərbaycan da müraciətini təqdim etdi. Bizi beynəlxalq tərəfdaşlar kimi qarşıdakı sammitə (Tyanjində, 31 avqust – 1 sentyabr) dəvət ediblər və biz iştirak edəcəyik. Hesab edirik ki, həm Ermənistan, həm də Azərbaycan bu təşkilatın üzvü ola bilər və olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*