Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrup yaradılır.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalanıb.
Sənəd Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələyə keçidini nəzərdə tutur.
Bu addım iki ölkə arasında siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
KONKRET.az imzalama mərasimindən görüntüləri təqdim edir: