Bakıda 15 yaşlı yeniyetmə göldə boğularaq öldü – YENİLƏNİBbackend

Bakıda 15 yaşlı yeniyetmə göldə boğularaq öldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan yeniyetmə ilə bağlı məlumat yayıb.

KONKRET.az-ın FHN-nin saytına istinadın verdiyi məlumata görə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.

E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:24

Bakı şəhəri, Yasamal rayonunda göldə ölüm hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Yasamal parkının yaxınlığında qeydə alınıb.

Belə ki, 15 yaşlı oğlan göldə boğulub.

Onun axtarışları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*