Bakıda 16 mərtəbəli binada yanğın baş verdibackend

Bakıda 16 mərtəbəli binada yanğın baş verdi

Bakının Nərimanov rayonunda binada yanğın olub.

KONKRET.az xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Məlumata görə, qarajda “Mercedes” markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*