Bakıda 3 mərtəbəli evdə yanğın olub.
KONKRET.AZ xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Gülçülük sovxozunda qeydə alınıb.
3 mərtəbəli yaşayış evində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
APA